BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əlaqələrini genişləndirir

Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Berlin Humboltd  Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

 

Universitetdən bildirilib ki, müqaviləni BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Berlin Humboldt Universitetinin Erasmus layihə koordinatoru Johann Comolle imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistrant, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək.

 

Qeyd edək ki, əsası 1810-cu ildə qoyulmuş Berlin Humbolt Universiteti Almaniyanın nüfuzlu ali məktəblərindən biridir. 35000-dən çox tələbənin təhsil aldığı universitetdə 9 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Berlin Humbolt Universiteti QS WUR reytinqində 128-ci pillədədir.

 

 



17.02.2022 | 09:44