Məzunların karyera inkişafının dəstəklənməsi, məşğulluq məsələləri müzakirə olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq filialının müdiri Babək Tağıyev ilə görüşüb. Görüşdə filialın şöbə müdiri Pərviz Hüseynov, rektorun müşaviri Ramin Məmmədov və universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak edib.

 

Görüşdə əmək bazarının mövcud tələbləri və təqdim olunan məşğulluq xidmətləri barədə universitetdə müntəzəm olaraq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsi, tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı birgə əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub və müvafiq layihələr çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə edilib.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların karyera inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

 

 



17.02.2022 | 11:33