Fransalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində

Fransanın Strasburq Universitetinin professorları Pyer Kollet və Anne Janin AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

        

AMEA-dan verilən məlumata görə, alimlərin məqsədi arxeoloq Qardaşxan Aslanov tərəfindən 1983-cü ildə Xaraba-Gilandan tapılmış erkən orta əsrlərə aid arami yazılı vazanın üzərindəki yazıları oxumaq olub.   

        

Strasburq Universitetinin professorlarına muzeyin tarixi, fəaliyyəti  barədə də  geniş məlumat verilib. Bildirilib ki, burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

        

Fransız alimlər muzeydən xoş təəssüratlarla ayrılıblar.

        

Qeyd edək ki, fransalı qonaqlar Azərbaycan-Fransız Universitetində arxeoloji elmi-tədqiqat işləri ilə də məşğuldurlar.

 

Samirə KƏRİMOVA

 



27.07.2018 | 18:29