“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində vebinar | |
Bakı Mühəndislik Universitetində (BMU) “Gələcək üçün bacarıqlar” layihəsinin “TUSİ (2C)” inkubasiya proqramı çərçivəsində vebinar keçirilib.
Layihə meneceri Elxan Şükürov bildirib ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən 6 aprel 2021-ci il tarixindən etibarən icra olunan layihə ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədini daşıyır. O, layihənin komponentləri (mentorluq və inkubasiya proqramı) barədə zəruri məlumatları diqqətə çatdırıb. “TUSİ (2C)” inkubasiya proqramından danışan layihə meneceri universitetlərdə yaradılacaq inkubatorların tələbələrin fəaliyyət göstərməsi üçün müxtəlif texnikalar, ofis şəraiti və müvafiq proqramlarla təmin olunacağını söyləyib, eyni zamanda qeydiyyat prosesi və digər məsələlərlə bağlı sualları cavablandırıb.
BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov layihənin əhəmiyyətinə toxunaraq, startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan, həmçinin özünə güvənən və gələcəyini bu sahədə görən gənclərin proqrama qoşulmasının üstünlüklərini vurğulayıb.
Qeyd edək ki, “Tusi(2C)” inkubasiya proqramına qoşulmaq istəyənlər shorturl.at/chAD6 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 15 fevral 2022-ci ildir.
|
|
14.02.2022 | 16:11 | |
|
|
|