“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsinin nümayəndələri UTECA-da olub | |
Azərbaycan Texnologiya Universitetində (UTECA) Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Asiya İnkişaf Bankının layihə rəhbəri Səbinə Cəfərova, layihənin alman mütəxəssisi Jurgen Raizner, analitiki Afaq Cavadova və layihənin icraçılarından olan EKVİTA şirkətindən Jalə Sərdarlı iştirak ediblər.
UTECA-nın rektoru, professor Akif Süleymanov layihə çərçivəsində indiyədək bir neçə görüşlərin təşkil edildiyini xatırladaraq, bu işbirliyinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra layihə mütəxəssisləri və təmsilçiləri layihə çərçivəsində görüləcək işlərdən danışıblar.
Görüş çərçivəsində UTECA mütəxəssislərindən ibarət mentorlar komandası formalaşdırılıb. Sabahdan etibarən komanda alman mütəxəssisin təlimlərinə qatılacaq. Bundan sonra layihə növbəti mərhələyə keçəcək.
Xatırladaq ki, "ASAN xidmət”lə UTECA, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universiteti arasında "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq memorandumu ötən ilin iyununda imzalanıb.
|
|
11.02.2022 | 17:11 | |
|
|
|