Hindistan universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi | |
Hindistanın Şri Şri Universitetində “Azərbaycan multikulturalizmi” fənninin 2022-ci il üçün tədrisi başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib ki, mühazirələrə universitetin 77 tələbəsi dinləyici kimi qoşulub. Şri Şri Universitetində “Azərbaycan mültikulturalizmi” fənni Kənan Məmmədov tərəfindən tədris olunur. Mühazirələr “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında həyata keçirilir.
Qeyd edək ki, universitet dünya söhrətli lider və sülhməramlı səfir Gurudev Şri Şri Ravi Şankarın adını daşıyır.
|
|
07.02.2022 | 12:23 | |
|
|
|