Tələbələrin “Mənim şəhərim” adlı kollaj sərgisi | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2 fevral- Gənclər Günü münasibəti ilə rəssamlıq fakültəsi Təsviri sənət müəllimi ixtisası tələbələrinin əl işlərindən ibarət “Mənim şəhərim” adlı kollaj sərgisi keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova dövlətin uğurlu gənclər siyasətindən danışıb, gənclərə şəxsi həyatlarında, təhsillərində daha böyük uğurlar arzulayıb. Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi, Əməkdar rəssam Vüqar Əli çıxış edərək sərgi haqqında məlumat verib.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsi və Beynəlxalq Əlaqələr şöbəsi tərəfindən 2 fevral- Gənclər Günü münasibəti ilə müxtəlif fakültələr üzrə fərqlənən tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, “Mənim şəhərim” sərgisində əsərləri nümayiş olunan tələbələr də rəhbərlik tərəfindən “Təşəkkürnamə”lərə layiq görülüb.
|
|
03.02.2022 | 12:24 | |
|
|
|