BMU-nun TGT sədri “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova növbəti dəfə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib.

 

O, 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə bu ada layiq görülüb.

 

L.Şərifovaya təltifnamə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ATGTİ tərəfindən keçirilən və 2 fevral - Gənclər Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının I Strateji Planlaşdırma Forumu” zamanı təqdim edilib.

 

Qeyd edək ki, BMU-nun TGT sədri 2020-ci ildə də “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilmişdi.

 

 



01.02.2022 | 18:12