“Dayanıqlı inkişaf” elmi jurnalının növbəti nömrəsi nəşr olunub | |
Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının ikinci nömrəsi işıq üzü görüb.
MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Ukrayna, Çin, Qırğız Respublikası və Litvanın tanınmış alimləri təmsil olunurlar.
Jurnalın yeni buraxılışındın “İctimai elmlər” bölməsində 14, “Təbiət və texnika elmləri” bölməsində 8, “Humanitar elmlər” bölməsində 7 olmaqla, ümumilikdə 29 məqalə yer alıb. MDU-da, eləcə də respublikanın bir sıra elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən alimlər, gənc tədqiqatçılar tərəfindən təqdim edilmiş məqalələr maliyyə, iqtisadiyyat, ticarət, sosial, enerji, idarəetmə, mühəndislik və təhsil mövzularına həsr olunmaqla dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edib.
Qeyd edək ki, bu elmi jurnal 2020-ci ilin dekabr ayında təsis olunub. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu alıb və “Academic Resource Index ResearchBib” beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına daxil edilib. Hər təqvim ilində dörd dəfə nəşr edilməsi nəzərdə tutulan jurnalın başlıca missiyası dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edən elmi-nəzəri və tətbiqi tədqiqatların səmərəli nəticələrini dərc etmək, müasir nəzəri yanaşmaları, yenilikləri və müsbət təcrübələri yaymaq, yerli və xarici ölkələrin tədqiqatçıları arasında elmi kommunikasiyanı inkişaf etdirməkdir.
|
|
01.02.2022 | 13:38 | |
|
|
|