MDU-da 2790 tələbə 198 imtahanda iştirak edib | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixindən başlayan imtahan sessiyası davam edir.
MDU-dan bildirilib ki, 24-29 yanvar tarixlərini əhatə edən növbəti imtahan günlərində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 198 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.4% olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 23 qrup üzrə ümumilikdə 24 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.
Qeyd edək ki, universitetdə payız semestrinin qış imtahan sessiyası fevralın 2-də başa çatır.
|
|
31.01.2022 | 14:29 | |
|
|
|