İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri universitetdə əyani formada təşkil edilən imtahan prosesini izləyiblər.

 

Rektor Şahin Bayramov İctimai Nəzarət Şurasının üzvlərinə payız semestrinin imtahan sessiyasının təşkili çərçivəsində görülən hazırlıq işləri, imtahanların gedişi və bu günədək olan nəticələr barədə məlumat verib.

 

Şuranın üzvləri olan “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov, təqaüdçü Ağagül Əliyev, təcrübəli pedaqoq Mirzə Cavadov və peşəkar jurnalist Esmira Hidayətova MDU-da imtahan sessiyasının gedişatı ilə əyani tanışlıqdan məmnun qaldıqlarını ifadə ediblər.

 

Şura üzvləri universitetdə imtahanların keçirilməsi mexanizmi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və “İmtahan Qərargahı”nın fəaliyyəti ilə tanış olublar. İmtahanların şəffaf və ədalətli keçirildiyini qeyd edən şura üzvləri tələbələrə uğurlar arzulayıblar.

 



27.01.2022 | 15:21