Türkiyə və Azərbaycan tədqiqatçıları arasında elmi müzakirələr aparılıb | |
Türkiyənin Əskişəhər Texniki Universitetinin mühəndislik fakültəsinin Kimya mühəndisliyi kafedrasının professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Erasmus+ KA107 layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında olublar.
Kimya mühəndisliyi kafedrasının professoru Elif Kaynak Uraz kafedranın tədris planı, həmçinin beynəlxalq əməkdaşlığı haqqında ətraflı məlumat verib.
“Kimya mühəndisliyində riyazi modelləşdirmə” fənni haqqında danışan dosent Yeşim Güçbilmez isə fənnin proqramı və tədrisi ilə bağlı geniş təqdimatla çıxış edib.
Kafedranın nümayəndələri, eyni zamanda tədris zamanı tətbiq olunan yeni texnologiyalar haqqında da məlumat veriblər. Dosent Yeşim Güçbilmez “Nanomateriallar və oksidləşmə reaksiyaları” mövzusunda mühazirə oxuyub.
Səfər zamanı Türkiyə və Azərbaycan tədqiqatçıları arasında nanomaterialların sintezi və tətbiqi ilə bağlı səmərəli elmi müzakirələr aparılıb. Professor Mustafa Muradov qonaqlara Nanoaraşdırmalar və Sənaye kimyası elmi-tədqiqat laboratoriyaları, habelə BDU-nun kafedralarının təhsil və elmi fəaliyyəti barədə məlumat verib.
|
|
25.01.2022 | 16:43 | |
|
|
|