MDU-da magistratura səviyyəsində 23 qrup üzrə 36 imtahan keçirilib | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası davam edir.
Universitetdən bildirilib ki, 17-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə, ümumilikdə 211 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.5% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Sözügedən imtahan günlərində magistratura səviyyəsində 23 qrup üzrə, ümumilikdə 36 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.
İmtahan sessiyası 2 fevral tarixinədək davam edəcək.
|
|
24.01.2022 | 13:21 | |
|
|
|