UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi şəhidlərin xatirəsinə ucaldılmış UNEC-in Memorial-Xatirə Kompleksini ziyarət ediblər. UNEC kollektivi ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər.

 

Xatırladaq ki, 20 Yanvar hadisələrində UNEC-in iki tələbəsi, İlqar Əbilhəsənov və Habil Əzizov şəhid olublar.

 



20.01.2022 | 18:50