Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarının yüksək nəticələri

Cüdo idman növü üzrə yeniyetmələr arasında Respublika birinciliyi keçirilib.

 

Birincilikdə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klub, cəmiyyət və idman təşkilatlarından 570 idmançı iştirak edib.

 

Yarışa Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 224 idmançı qatılıb. Onlardan 11 nəfər I yeri, 7 nəfər II yeri, 15 nəfər isə III yeri tutub.

 

Qalib idmançıları təbrik edir və uğurlar arzulayırıq!

 

Mәktәblәr üzrә respublika birinciliyindә qızıl, gümüş, bürünc medal qazanmış idmançılar
 

 



19.01.2022 | 11:55