Mingəçevir Dövlət Universitetində 20 Yanvar hadisələri ilə bağlı dəyirmi masa | |
Mingəçevir Dövlət Universitetində (MDU) “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova 32 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanla yazılmış 20 Yanvar hadisələrinin faciə, eyni zamanda xalqın milli qürur və şərəf tarixi olduğunu vurğulayıb. E.Cəfərova bu hadisələrin Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyini bir daha sübut etdiyini bildirib.
Daha sonra kafedranın bir qrup müəllimi mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda 32 il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhaliyə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edən məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
|
|
18.01.2022 | 15:19 | |
|
|
|