Universitetin 5 əməkdaşı bərpa olunan enerji mənbələri üzrə təlimlərdə | |
Bakı Mühəndislik Universitetinin (BMU) 5 əməkdaşı bərpa olunan enerji mənbələri üzrə təlimlərdə iştirak edir.
Ekoloji Tədqiqatlar Mərkəzinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilati dəstəyi, Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə keçirilən təlim zamanı təcrübəli mütəxəssislər tərəfindən günəş enerjisi, külək enerjisi, geotermal enerji və biokütlə enerjisi barədə məruzələr təqdim olunacaq, müxtəlif mövzularda qrup işləri və təqdimatlar təşkil ediləcək. Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.
Müasir dövrdə alternativ və bərpa olunan enerji mənbələri üzrə kadr hazırlığına olan tələbatın daha da artması bu məsələni aktuallaşdırmaqla yanaşı, yeni tədris proqramlarının hazırlanmasını da zəruri edir. Bu baxımdan qeyd olunan istiqamətdə bir neçə ali təhsil ocağında müvafiq işlər görülməkdədir.
Qeyd edək ki, bu günlərdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşasına başlanması gələcəkdə yerli və peşəkar mütəxəssislərə tələbatı daha da artıracaq.
|
|
18.01.2022 | 16:20 | |
|
|
|