MDU-da 2790 tələbə imtahanda iştirak edib | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan qış imtahan sessiyası davam edir. Universitetdən bildirilib ki, 5-14 yanvar tarixlərini əhatə edən ilk 10 imtahan günündə bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə, ümumilikdə 376 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.2%-dir. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına cəmi 2 müraciət daxil olub.
Magistratura səviyyəsində 23 qrup üzrə, ümumilikdə 35 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.
Qeyd edilib ki, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin olunub. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.
Universitetdə imtahan sessiyası 2 fevral tarixinədək davam edəcək.
|
|
17.01.2022 | 14:20 | |
|
|
|