Azərbaycan Dövlət Aqrar Universiteti ilə “ISFA” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumun məqsədi şirkət əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması üçün razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyatlarının ödənilməsi istiqamətində birgə fəaliyyət həyata keçirmək, birgə tədris planı və proqramlarının hazırlanması, mərkəzə məxsus təlim-təsərrüfat sahələrində dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə istehsalat və təlimlərin təşkil edilməsi vasitəsilə büdcədənkənar gəlirləri stimullaşdırmaq, təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etməkdir.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirirərək, qonaqları universitetin kadr potensialı barədə ətraflı məlumatlandırıb.
“ISFA” MMC-nin direktoru Samir Xeyirbəyov isə şirkətin həyata keçirdiyi layihələr haqqında danışıb. Direktor deyib ki, universitetin tələbələri kənd təsərrüfatı sahələri üzrə həyata keçirilən işlərlə bağlı ətraflı məlumat alacaq, faydalı təcrübə proqramlarında iştirak edəcəklər.
Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
|