Fənn olimpiadalarına qeydiyyatdan keçənlərin nəzərinə! | |
Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər 15 yanvar tarixinədək buraxılış vərəqlərini əldə edə bilərlər. Şagirdlər qeyd edilən tarixdə saat 18:00-dək https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək. |
|
14.01.2022 | 12:55 | |
|
|
|