“Bir damla həyat” | |
Füzuli rayon Şükürbəyli kənd tam orta məktəbində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı “Bir damla həyat” adlı maarifləndirmə tədbiri keçirilib.
Təhsil şöbəsindən aldığımız məlumata görə, tədbir VIII-IX sinif şagirdləri ilə keçirilib. Tədbiri məktəbin təşkilati işlər üzrə direktor müavini Elşən Həsənov açıb. O, su və onun həyatımızdakı rolu, sudan səmərəli istifadə edilməsi, suya qənaət və bəşəriyyətin qlobal problemi olan şirin su qıtlığı barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra məktəbin biologiya müəllimi S. Həsənov su və onun biosistemdəki rolu, insanın su ehtiyacı və gündəlik su tələbatı, su ilə bağlı gigiyenik davranış qaydaları haqqında çıxış edib. Coğrafiya müəllimi A.Məstəliyev təbiətdə suyun coğrafi və strateji əhəmiyyəti, şirin su ehtiyatları, günümüzün problemi olan içməli su qıtlığına müasir elmi və praktiki yanaşma metodlarını və bəzi dövlətlərin bu mövzudakı təcrübələrindən danışıb. Sonra mövzu şagirdlərlə birlikdə debat - müzakirə üsulu ilə davam etdirilib. Şagirdlər “Siz gün ərzində nə qədər su istifadə edirsiniz? Suya necə qənaət edirsiniz? Yaşadığınız ərazidə hansı içməli su hövzələrini tanyırsınız?” kimi sualları maraqlı fikirlərlə cavablandırıblar.
Şakir CƏFƏROV
|
|
14.01.2022 | 14:15 | |
|
|
|