NDU-da əcnəbi tələbələr arasında intellektual oyun | |
Ali təhsil ocağında Azərbaycan dilini, tarixini, mədəniyyətini, coğrafiyasını, tarixi abidələrini əcnəbi tələbələrə tanıtmaq məqsədi ilə “Azərbaycanı tanıyaq” adlı intellektual oyun keçirilib.
Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxışı zamanı qeyd edib ki, sözügedən intellektual oyunun keçirilməsində məqsəd əcnəbi tələbələri tariximiz, mədəniyyətimiz haqqında məlumatlandırmaq, həmçinin bu sahədə onların biliklərini sınamaqdır.
Daha sonra universitetin xarici tələbələrlə iş üzrə dekanı Ceyran Quliyeva tələbələrə uğurlar arzulayıb.
Qaydalar haqda məlumat verildikdən sonra oyun başlayıb.
Məlumat üçün bildirək ki, yarışlar 3 mərhələ üzrə davam edib. I mərhələdə hazırlıq kursunun tələbələrindən ibarət 15 komanda seçim turunda iştirak edib. “Qarabağ” komandası final mərhələsinə keçmə hüququ qazanıb. Oyunların II mərhələsində universitetin memarlıq, incəsənət, tibb, beynəlxalq fakültələrinin əcnəbi tələbələri arasında seçim turu keçirilib. 5 komandanın mübarizə apardığı final mərhələsində hazırlıq kursunun tələbələrindən ibarət “Qarabağ” komandası I, tibb fakültəsinin “Xəzər” komandası II, incəsənət fakültəsinin “Koroğlu” komandası isə III yerlərə layiq görülüb.
Sonda qalib komandalara diplomlar təqdim olunub.
|
|
14.01.2022 | 12:45 | |
|
|
|