Azərbaycan Tibb Universitetində fərqli layihə

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) təşkilatçılığı, Elm və təhsil departamentinin dəstəyi ilə ötən il noyabrın 20-də başlanan "Təməl EKG sertifikasiya videokursu" layihəsi dekabrın sonlarında başa çatıb. Kursda 80-dən çox həkim, rezident, tibb tələbələri iştirak edib.

 

Universitetdən bildirilib ki, iştirakçılar bu layihə vasitəsilə EKQ-ni və xəstələrə ilkin diaqnoz qoymaq bacarıqlarını mənimsəyiblər. Kursun sonunda iştirakçılar imtahan verib. 75 faiz və yuxarı nəticə göstərənlərə ATU THİK tərəfindən sertifikatlar təqdim olunub. Onlar Master EKG kursuna qatılmaq hüququ qazanıblar. 75 faizdən aşağı nəticə göstərənlərə isə “iştirak sertifikatı” verilib. Bütün iştirakçılar videokursa istinadən hazırlanmış elektron "Dr.Restart - EKG təkrar kitabçası"nı əldə ediblər.

 

Məlumat üçün qeyd edək ki,  "Təməl EKG kursu" layihəsinə yenidən start verilib.

 



13.01.2022 | 16:22