Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə! | |
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. 2022-ci il ərzində həyata keçiriləcək sənəd qəbulunun tarixləri aşağıdakı kimidir:
I sənəd qəbulu: Fevral - aprel; II sənəd qəbulu: İyul - sentyabr.
Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
|
|
07.01.2022 | 14:20 | |
|
|
|