ADPU-da şifahi imtahan təcrübəsi təhlil olunacaq

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasına start verilib.

 

Ali məktəbdən bildirilib ki, son üç semestr ərzində koranavirus pandemiyası səbəbindən imtahanların müvəqqəti olaraq referat və onlayn-şifahi formada təşkil olunduğu universitetdə cari semestrdən etibarən yenidən yazılı imtahanlar bərpa edilib. Bununla belə pandemiya səbəbindən davam edən karantin rejiminin tələblərinə uyğun olaraq imtahan sessiyasında sanitar-gigiyenik tələblərə ciddi riayət olunur. Sıxlığın qarşısını almaq məqsədi ilə imtahanlar əvvəlki illərdən fərqli olaraq yalnız əsas tədris binasındakı imtahan zallarında deyil, ADPU-nun 4 korpusunun hər birində paralel təşkil edilib.

 

Eyni zamanda, bu ilki sessiyada ilk dəfə olaraq filologiya fakültəsində  eksperimental şəkildə şifahi imtahan forması tətbiq edilir. Fakültədə indiyədək xarakterik fənlərdən şifahi imtahanlar təşkil olunsa da, ilk dəfə bütün fənlər üzrə imtahanlar şifahi keçirilir. Bu təcrübənin təhlili əsasında gələcəkdə bütün universitet üzrə şifahi imtahan modelinə keçid edilə bilər.

 



06.01.2022 | 17:16