“Təhsil, innovasiya və gənclik”

Qax rayonu İlisu kənd tam orta məktəbində “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”ndə qalib olmuş “Təhsil, innovasiya və gənclik” layihəsi çərçivəsində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Yaş və pedaqoji psixologiya” kafedrasının bir qrup müəllimi ilə görüş  keçirilib. Görüşdə  kafedranın baş müəllimləri- Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı Mehriban İsmayılova,   “Loqos” psixoloji mərkəzinin psixoloqu Nigar Məmmədova, ADPU-nun doktorantı Münəvvər Məmmədova, eləcə də Qax rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elina Məmmədova, İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova və başqaları iştirak ediblər.

 

Təhsil şöbəsindən daxil olan məlumata görə,  layihənin əsas məqsədi Qax rayonunun ümumtəhsil müəssisələrində təhsil verən 25-35 yaş intervalında olan gənc müəllimlərin potensialını üzə çıxarmaq, onların tələb olunan mühüm  sahələr üzrə təkmilləşməsi və  stimullaşdırılmasına imkan yaratmaqdır.

 

Tədbirdə müəllimləri maraqlandıran suallar cavablandırılıb, müəllim-şagird, müəllim-müəllim münasibətlərinə toxunulub, müasir məktəb və psixologiya, şagirdlərin həssas  yaş dönəmlərində onlarla davranış qaydaları, natamam ailələrin uşaqlarına xüsusi diqqət və qayğının zəruriliyi, aqressiv şagirdlərlə iş və s. barədə fikir mübadiləsi aparılıb.

                                                                                           

Şakir CƏFƏROV



23.07.2018 | 18:31