Federasiya Prezidenti basketbol ictimaiyyəti ilə görüş keçirib

Dekabrın 29-da Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev basketbol ictimaiyyəti ilə görüşüb.


Tədbirdə Federasiyanın rəyasət heyətinin üzvləri, məsul şəxsləri, müvafiq dövlət qurumlarının nümayəndələri, hakimlər, məşqçi-müəllimlər, yığma komandaların üzvləri iştirak edib.


Görüşdə çıxış edən Emin Əmrullayev ölkədə basketbol idman növü ilə bağlı mövcud vəziyyət, yeni mövsümə hazırlıq məsələləri və gələcəkdə görüləcək işlərdən danışıb.


Tədbirdə qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 



29.12.2021 | 19:20