2021-ci təqvim ili rəqəmlərdə - Şəhid ailə üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. 


Tədbirlər çərçivəsində ümumilikdə 1288 nəfər işə qəbul edilib. Onlardan 498 nəfəri şəhidlərin ailə üzvü, 107 nəfəri hərbi qulluqçuların ailə üzvü, 265 nəfəri qazi, 418 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
 

 

 



29.12.2021 | 12:42