Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Azərbaycan vətənimdir” adlı bayram şənliyi keçirilib.
Tədbirdə Vətən müharibəsi şəhidləri və qazilərinin övladları, sağlamlıq imkanları məhdud uşaqlar və uşaq sığınacaqlarından olan uşaqlar iştirak edib.
Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin gənc aktyorları sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Həmçinin, Mərkəzin “Uşaq xalq rəqsləri” dərnəyin üzvləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan azsaylı xalqların, etnik qrupların, eyni zamanda uşaqların sevimli cizgi film personajlarının rəqslərini nümayiş etdirib, mahnılar ifa ediblər.
|