ADNSU-da KİV nümayəndələri ilə görüş

İyulun 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb. Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə jurnalistləri təbrik edən rektor, professor M.Babanlı öz peşəsini şərəfilə yerinə yetirən media nümayəndələrini ADNSU-da görməkdən məmnun  olduğunu bildirib.

 

KİV nümayəndələrinə universitetdə həyata keçirilən islahatlar  barədə məlumat verən M.Babanlı ADNSU-da görülən işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. ADNSU-da yaradılan şəffaf mühit barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman universitetə dəstək olduğunu vurğulayıb.    

 

 Media mənsubları  rektor M.Babanlıya Milli Mətbuat Günü münasibətilə təşkil olunmuş görüşə görə təşəkkürlərini bildirib,  ADNSU-da aparılan islahatlar sayəsində universitetin cəmiyyətdə  müsbət imicinin formalaşdırıldığını qeyd ediblər. KİV nümayəndələri ali məktəbin fəaliyyəti barədə informasiyanın cəmiyyətə çatdırılması işində bundan sonra da yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

 

Tədbirin sonunda jurnalistlərə Milli Mətbuat Günü münasibətilə  hədiyyələr təqdim olunub.

 



20.07.2018 | 16:54