BMU-da növbəti vaksinasiya kampaniyası təşkil olunub | |
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Mühəndislik Universitetində (BMU) III doza (buster) vaksinasiya prosesi davam edir.
Mövcud pandemiya qaydalarına ciddi əməl edilməklə həyata keçirilən növbəti vaksinasiya kampaniyası Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.
Universitetdən bildirilib ki, BMU-nun professor-müəllim heyəti və əməkdaşları peyvəndlənmə prosesinə könüllü şəkildə qatılıblar. Belə ki, iki doza peyvənd olunmasından 150 gün keçmiş universitet əməkdaşları müraciətləri əsasında qeydiyyata alınıb. Müvafiq müayinə prosedurları icra edildikdən sonra həmin əməkdaşlar zəruri tibbi ləvazimat və lazımi şəraitə malik otaqda III doza vaksinasiya olunub.
|
|
23.12.2021 | 13:28 | |
|
|
|