Naxçıvanlı alim beynəlxalq simpoziumda məruzə edib | |
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov Fransanın Tours şəhərində “Həllolunma və tarazılıq prosesləri” mövzusunda keçirilən 18-ci beynəlxalq simpoziumda iştirak edib.
Beş gün davam edən simpoziumda dünyanın bir sıra ölkələrinin elm adamlarının fundamental və tətbiqi elmlərin termodinamik tarazılıq və həllolunma sahələrində aparılan tədqiqatlarla bağlı məruzələri dinlənilib.
Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Sorbent-metal-ion qarışıqlı sistemlərdə tarazılıq” mövzusunda məruzə edib.
Kimyaçı alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, hər il ardıcıl keçirilən beynəlxalq simpozium çərçivəsində ilk dəfə olaraq məhlullar və onların xalq təsərrüfatında tətbiqinə dair xüsusi sessiya da təşkil edilib.
|
|
21.07.2018 | 13:37 | |
|
|
|