Coğrafiya İnstitutunun əməkdaşları Qarabağ zonasında səfərdə olublar

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşları – Geoinformatika və kartoqrafiya şöbəsinin mütəxəssisi Anar Abtalıbov və doktorant Türkan Məmişova “IDEA” ictimai birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə həyata keçirilən “Gənclərin işğaldan azad olunmuş ərazilərdə ekoloji terroru qiymətləndirməsi” layihəsi çərçivəsində işçi qrupunun tərkibində işğaldan azad edilmiş Qarabağ zonasında səfərdə olublar.

 

Layihədə iştirak etmək üçün müraciət edən 300-dən artıq gənc sırasından seçilmiş 60 nəfərlik işçi qrupunun üzvləri Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Xocavənd rayonlarında, Hadrut qəsəbəsi və Şuşa şəhərində geoloji     quruluş, biomüxtəliflik, meşə ehtiyatı, torpaqların deqradasiyası, çay suyunun və kimyəvi tərkibinin müəyyən edilməsi, ərazinin radiasiya fonunun ölçülməsi, geodezik məntəqələrin müəyyənləşməsi istiqamətində aparılan elmi-tədqiqat işlərində yaxından iştirak ediblər.

 

Layihə çərçivəsində gənclər Qarabağda ağac əkib, həmçinin məhv olunmuş tarixi-mədəni abidələrin siyahıya alınmasını icra ediblər.

 



21.12.2021 | 18:45