Şahmatda rəqib tanımayan məktəbli

Paytaxt məktəblisi Qusarda keçirilən şahmat üzrə Respublika olimpiadasında qalib gəlib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 236 nömrəli tam orta məktəbin II sinif şagirdi Paşam Əlizadə olimpiadada bütün rəqibləri üzərində qələbə qazanıb.

 

Olimpiadada 16 yaşadək gənclər İsveçrə sistemi üzrə mübarizə aparıblar. Yarışlarda 10 yaşadək şahmatçılar “B”, 10 yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış ediblər. Paşam Əlizadə “B” qrupunda mübarizə apararaq, I yerə layiq görülüb.

 

P.Əlizadə diplom, xatirə medalı və qiymətli hədiyyələrlə təltif edilib.

 

Qeyd edək ki, 3 yaşından şahmatla məşğul olan məktəblinin bu ilk uğuru deyil. O, hələ 5 yaşı olarkən 17 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə birinci dərəcə norması uğrunda təşkil edilmiş yarışda 9 oyundan 7 xal toplayıb.

 



20.07.2018 | 17:16