Təhsil naziri Abşeron, Qobustan və Sumqayıt sakinlərini qəbul edəcək | |
Təhsil naziri Emin Əmrullayev 24 dekabr saat 16:00-da Abşeron, Qobustan rayonları və Sumqayıt şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri 15 -21 dekabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng və ya elektron müraciət (https://portal.edu.az; https://edu.gov.az/az/contact) etməklə videoqəbula yazıla bilərlər. |
|
15.12.2021 | 11:30 | |
|
|
|