DİM-in sınaq imtahanlarına 3870 nəfər yazılıb | |
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti başa çatıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahana 3870 nəfər yazılıb.
Qeyd edək ki, DİM ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair memoranduma əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə və gələcək inkişafına əməli yardım göstərmək məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid, xüsusilə bölgələrdə məskunlaşan şəhid və qazi ailəsi üzvlərinin də bu imtahanlarda ödənişsiz iştirak etməsi DİM tərəfindən təmin olunub. Onlar öz istəklərinə uyğun olan rayon və ya şəhərdə keçirilən sınaq imtahanına qeydiyyata alınıblar.
Xatırladaq ki, sınaq imtahanı dekabrın 19-da, coğrafiya fənni üzrə əlavə imtahan isə dekabrın 26-da keçiriləcək.
|
|
13.12.2021 | 14:05 | |
|
|
|