Tələbələrin “Lukoil” şirkətində təcrübə imkanları müzakirə edilib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Lukoil” şirkəti tərəfindən yenilənən “Lukoil” guşəsinin açılışı olub.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “Lukoil”in Neft məhsullarının realizasiyası üzrə vitse-prezidenti Maksim Donde, "LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilov və “LlK-İnternational”-ın direktoru Kirill Veretta, həmçinin universitetin professor müəllim-heyəti və tələbələr iştirak ediblər.
Yenilənən “Lukoil guşəsi”nin açılış mərasimindən sonra “Lukoil”-un vitse- prezidenti M.Donde və nümayəndə heyəti ilə görüş keçirilib.
Professor M.Babanlı tələbələrlə belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və əmək bazarına uyğun kadr hazırlığında prioritet istiqamətlərdən danışıb.
M.Donde təmsil etdiyi şirkətin tələbələr üçün iş imkanları, layihələr, təcrübə proqramları və işçi heyəti haqqında məlumat verib. Tələbələrlə işin “Lukoil” şirkəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən M.Donde əmək bazarının və şirkətlərin tələblərinə uyğun kadr hazırlığı üçün müxtəlif imkanlar və perspektivlər olduğunu deyib.
Görüşdə, həmçinin tələbələrin “Lukoil” şirkətinə ekskursiyası və istehsalatda təcrübə imkanları müzakirə edilib.
|
|
13.12.2021 | 12:15 | |
|
|
|