Rəsədxana əməkdaşları HORİZON 2020 Proqramı çərçivəsində video konfransda | |
Avropa Birliyinin Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı tərəfindən maliyyələşdirilən 823734 nömrəli Marie-Sklodowska-Curie Grant layihəsi çərçivəsində 11 ölkədən olan astronomların iştirakı ilə video konfrans keçirilib.
Onlayn konfransda Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, dosent C.N. Rüstəmov (qrant layihəsinin yerli koordinatoru) və ŞAR-ın əməkdaşları- A.Abdulkərimova, G.Hacıyeva, S.Məmmədova, A.Həsənova iştirak ediblər.
Konfransda massiv ulduzların spektral və fotometrik müşahidələrdən aşkar edilmiş xüsusiyyətləri, bu ulduzların sintetik spektrlərinin qurulması və hazırlanmış modelləri barədə məruzələr edilib, geniş diskussiya aparılıb.
|
|
13.12.2021 | 11:02 | |
|
|
|