Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı öyrənilir

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə elmi-tədqiqat işləri aparılır.

 

İlkin mərhələdə Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri müəyyənləşdirilib. Mövzu ilə bağlı əhalinin siyahıyaalınma və cari statistik mənbələrdən materialların toplanması, sistemləşdirilməsi, müvafiq cədvəllərin tərtib olunması işləri həyata keçirilib, qrafik, müvafiq diaqramlar və xəritələr hazırlanıb. Uzun illər ərzində işğal altında olan ərazilərin əhalisinin qeydiyyatı aparılıb.

 



09.12.2021 | 10:47