“Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum keçirilib | |
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.
Açılış nitqindən sonra Amerikanın St.Louis İntensiv Uşaq İnkişafı proqramının müəllimi Laura Conson, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonova, Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova, tərbiyəçi-müəllim və dünyanın ən yaxşı 10 müəllimi nominasiyasının qalibi Nurten Akkuş, Vaşinqton Universitetinin Təhsil Siyasəti və İdarəetmə fakültəsinin doktorantı Sevinc Məmmədova, "T-Network" platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, ADA Universitetinin təhsil fakültəsinin baş müəllimi Ülviyyə Mikayılova təqdimatla çıxış ediblər. Spikerlər uşaqların erkən inkişafı ilə bağlı tədqiqat və təcrübələrini paylaşıb, müxtəlif mövzulara toxunublar.
|
|
07.12.2021 | 11:21 | |
|
|
|