Şanlı Zəfər şagirdlərin yaradıcılığında | |
Cəbrayıl
Neçə il intizar, neçə il həsrət,
Səni uzaq tutdu bizə, Cəbrayıl?
Xalqın sinəsindən keçən kədər, qəm,
Acını gətirdi gözə, Cəbrayıl.
Vətən övladının gümanı bitməz,
Oğullar can verər, imanı bitməz.
Yarası sağalmaz, dərmanı bitməz,
Xalq qalxdı müşkülü çözə, Cəbrayıl.
Daşı daş üstündə qoymadı yağı,
Odlara qaladı ana torpağı.
Azad eləyərək biz Qarabağı,
Tikirik yenidən təzə Cəbrayıl.
Bu torpaq ər doğdu, şəhid bitirdi,
Arzuya çatdırdı, kama yetirdi.
Sönmüş ocaqlara alov gətirdi,
Min atəş bəxş etdi közə, Cəbrayıl.
Emin NOVRUZOV, Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
Şəkillərdən gördüyüm Qarabağ
(Müharibədə olan atama)
Dərslik kitablarımda Qarabağı görərdim,
Adını oxuduqca kədərlənib deyərdim,
Nə gözəl yerləri var bizim olsa gedərdik,
Dağını, meşəsini qarış-qarış gəzəydik,
Şəkillərdə boylanan o keçmişə dönəydik.
Qəfil qonaqlar kimi cəbhədən gəlir xəbər,
Hamı ekran önündə sevinclə əyləşərək,
Azad olunan kəndin tarixindən danışır,
Sevincdən ağlayaraq bir-birinə sarmaşır.
Hər tərəf bəzənibdi üç rəngli bayrağımla
Maşınların üstündə, binaların önündə
Qarabağ kəndlərində - insan əli çataçaq
Hər yüksək zirvəsində!
İndi anlayıram ki, vərəqlərdən baxdığım,
Şəkillərdə gördüyüm o torpaqlar bizimdi.
Bu günlərdə alınan o torpağın sevinci,
Vətənimin uğuru, mənim qürür yerimdi.
İgid əsgərlərimiz ana vətən uğrunda,
Qalib olub döyüşür, bizə sevinc yetişir.
Dil acıb danışmayan balaca bacım belə
Hər gün evdə deyir ki,
QARABAĞ da BİZİMDİR!
Ayan Əliyarli, Bakıdakı 236 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi
Vətən
Bu torpaq otuz il gözlədi bizi,
Həm uşaq, həm ana, ata sevgisin.
Gözlədi o həm də mərd əsgərinin
Dağlara səs salan gur nərəsini,
Düşməni qorxudan silah səsini.
Bu vətən yalnızca torpaq deyildir,
Onda var Mil-Muğan, dağ-düzən, Aran.
Bu vətən Xocalı, Şuşa, Zəngilan,
Bu vətən bağ-bağat, güllü-gülüstan,
Bu vətən əslində, mərd Azərbaycan!
Ey dünya, de görüm, bilirsən nədən
Şəhidlik adlanan şanlı zirvəyə
Heç zaman ucalmır o bədnam düşmən?!
Onun qoruyası torpağı yoxdur,
“Vətənim” deyəsi dilləri yoxdur!
Vətən deyiləndə içi titrəyən,
Ürəkdən sevinən, ürəkdən gülən,
Döyüş meydanına ürəklə girən
Qazilər, şəhidlər, əsl oğullar
Övladdır hamısı sənə, ey Vətən!
İgidlər dayanır sərhəd boyunca,
“Vətənim” deyirlər ömür boyunca.
Vətənsə bölünməz, bölünə bilməz
Şəhidi, igidi, mərd oğlu varsa,
Üçrəngli bayrağı dalğalanırsa...
Qarabağ azaddır, azad qalacaq!
Şəhidlər ölməzdir, ölməz olacaq!
İgidlər hər zaman doğma torpağa
Qələbə adıyla addım atacaq!
Bu şərəf tarixdə daim qalacaq!
Yeva Fərəcova, Bakıdakı 53 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi
Gəlin gedək Qarabağa
Bir arzum var artıq mənim,
Qarış-qarış gəzim indi,
Torpağını, hər daşını,
Bərk-bərk öpüm Vətənimin.
Axı necə dözmüşük biz?
Bu ədalətsiz ayrılığa.
Necə nəfəs almışıq biz?
Otuz illik intizara.
Artıq yetər, həsrət bitdi!
Bitdi köçkün, qaçqın adım!
Öz evimdə, öz obamda,
Dalğalanır öz bayrağım!
Gəlin gedək Qarabağa!
Küskün qalmış o yaylağa,
Bərpa edib biz kəndləri,
Qovuşduraq köçkünləri.
Havalansın Xanın səsi,
Qarabağın Şikəstəsi.
Nəzrin Cəlilova, Bakı Dovlət Universiteti nəznində Gənc İstedadlar Liseyinin 8-ci sinif şagirdi
|
|
05.12.2021 | 11:40 | |
|
|
|