İlin sonuncu Günəş tutulması hadisəsi baş verəcək | |
4 dekabr 2021-ci il tarixində cari ilin son Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma tam Günəş tutulması olacaq.
Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.
Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.
Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.
|
|
03.12.2021 | 17:07 | |
|
|
|