İdrak liseyində “Ümumdünya QİÇS-lə Mübarizə Günü” | |
1 dekabr- Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Bakıdakı İdrak liseyində tədbir keçirilib. Tədbirdə liseyin şagird-müəllim kollektivi ilə yanaşı, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ambulator yardım və Dispanser müşahidə şöbəsinin əməkdaşları, KİV-nümayəndələri iştirak ediblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ambulator yardım və Dispanser müşahidə şöbəsinin həkim infeksionisti Emiliya Şahbazova liseyin şagirdlərinə QİÇS-lə mübarizə haqqında geniş məlumat verib. Bildirilib ki, xəstəliklər üçün nə zaman, nə sərhəd, nə qadağa var. Diqqətsizlik, laqeydlik, biganəlik, pis vərdişlərə meyllilik QİÇS xəstəliyinə yoluxma riskini artıra bilər. E.Şahbazova onu da qeyd edib ki, QİÇS ölümcül xəstəlikdir və bu virusa yoluxma halları durmadan artır. Həkim infeksionist liseyin şagirdlərini maraqlandıran sualları da cavablandırıb.
Tədbirdə diğər çıxış edənlər də xəstəliyin əsrin bəlası olduğunu bildirib, QİÇS-in yaranma səbəbləri haqqında geniş məlumat verib.
|
|
02.12.2021 | 16:15 | |
|
|
|