Yaradıcılıq müsabiqəsinin final mərhələsi | |
“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin final mərhələsinə start verilib.
Müsabiqənin final mərhələsində iştirakçılar “Şeir” və “Mahnı” nominasiyaları üzrə çıxışlarını təqdim edirlər.
Final mərhələsində I yer üçün 3 nəfər, II yer üçün 3 nəfər, III yer üçün 3 nəfər olmaqla, ümumilikdə 9 şagird Münsiflər heyəti tərəfindən qalib kimi müəyyənləşdiriləcək. 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə “Tərifnamə” təqdim olunacaq.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.
Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.
|
|
30.11.2021 | 11:30 | |
|
|
|