Ötən il Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900, 3 min nəfər təşkil edib | |
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov rəhbəri olduğu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin 2021-ci il üzrə illik hesabatını təqdim edib.
Təqdimatda ölkə Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar cari ildə görülən işlərdən, şöbə əməkdaşlarının elmi məqalələrinin çapından və məzuniyyət, eləcə də çöl tədqiqatlarının nəticələrindən, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi sahəsindəki geniş fəaliyyətdən, beynəlxalq əməkdaşlıqdan, layihə və qrant üzrə yerinə yetirilən işlərdən, elmi kadrların hazırlanması və s. haqqında geniş məlumat verilib.
Şöbə rəhbəri “Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmanın prioritet istiqamətləri” mövzusu üzrə aparılan tədqiqatın nəticələrindən danışıb. Bildirib ki, 2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir:”1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması, təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə göstəricidən xeyli yuxarı (167,1%) olub. Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb”.
2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9, ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780) kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir.
|
|
29.11.2021 | 15:15 | |
|
|
|