İqtisadiyyat ixtisası tələbələrinin ingilis dilində İqtisadi forum simulyasiyası | |
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ingilis dilində İqtisadi forum simulyasiyası keçirilib.
“Pandemiyanın dünya ölkələrinin iqtisadiyyatına təsiri” mövzusundakı simulyasiyada ali təhsil ocağının tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası üzrə I kurs tələbələri iştirak ediblər.
Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının beynəlxalq əməkdaşlığında tədrisi ingilis dilində olan ixtisasların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, bu ixtisasların ikili diplom layihələrində iştirakını nəzərə alaraq tədrisi ingilis dilində olacaq ixtisasların sayının artırılması gələcək hədəflər sırasındadır.
Simulyasiyada Türkiyə, Pakistan, ABŞ, İngiltərə, Almaniya, İspaniya, İtaliya, Yaponiyadan olan tələbələr öz ölkələrində pandemiyanın təsirləri haqda çıxış ediblər. Qeyd olunub ki, pandemiya ilə əlaqədar uçuşların dayandırılması, məhsulların ixracının minimal həddə endirilməsi, ölkələrin sərhədlərinin bağlanması turizm, emal sənayesi və digər iqtisadi sahələrdə durğunluğun yaranmasına, dəyər zəncirinin davamlılığnın pozulmasına gətirib çıxarıb. Təqdimatlarda bildirilib ki, iqtisadi durğunluq virusun yayılmağa başladığı Çin də daxil omaqla ABŞ-Avrozona kimi iqtisadi mərkəzlərin tənəzzülə doğru hərəkət etməsinə səbəb olub. Virusun Avropada ən çox yayıldığı ölkə kimi İtaliyanın, Avropa İttifaqının ən güclü iqtisadiyyatı olan Almaniyanın, Avropada COVID-19-un ən çox yayıldığı ikinci ölkə kimi İspaniyanın adı çəkilib.
Sonda ən yaxşı təmsilçi nominasiyası üzrə qalib olan Tuncay Ələkbərov diplom və kitabla təltif edilib, fəal iştirak etdiyinə görə isə Ayşən Əbülfəzli və Əli Qənbərov kitabla mükafatlandırılıb.
|
|
26.11.2021 | 14:25 | |
|
|
|