"eTwinning" üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə start verilir

Noyabrın 25-dən "eTwinning" üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsi üzrə müraciətlərin qəbuluna start verilir.


Müsabiqənin əsas məqsədi "eTwinning"  layihəsi çərçivəsində ən azı 3 Avropa ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir. 


Müsabiqəyə  aşağıdakı şərtlərə cavab verən layihələr ilə istənilən "eTwinning" müəllimi qoşula bilər:

 

  • Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və  müasir təlim metodlarına yönəlmiş olmalıdır;
  •  
  • Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır;
  •  
  • 3 Avropa ölkə müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır;
  •  
  • Layihə milli kurikuluma əsaslanmalıdır;
  •  
  • Şagird araşdırması layihə fəlaiyyətlərində və planlamasında yer almalıdır;
  •  
  • İnformasiya Texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir. 

 

Müsabiqəyə təqdim olunan layihələr üzrə 25 noyabr-15 dekabr tarixləri arasında  "eTwinning" portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda müraciət formunu dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq. 

 

Müsabiqəyə müraciət üçün özünüz və "eTwinning" portalında qeydiyyatdan keçirdiyiniz layihəniz haqqında məlumatı aşağıdakı link üzrə əlavə edə bilərsiniz. Müraciət formu 15 dekabr saat 23.59-dək açıqdır: https://forms.gle/VgRS2RaqLrcfmRU27

 



25.11.2021 | 11:10