“Çinin mənəvi mədəniyyəti” mövzusunda seminar

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çinin mənəvi mədəniyyəti” silsiləsindən “Simvollar və rəqəmlər haqqında təlim” və ya Çin numerologiyasına həsr olunmuş növbəti tələbə seminarı keçirilib. 

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Sun və Han sülalələri dövründə Çin numerologiyasının formalaşma tarixindən danışıb, “Simvollar və rəqəmlər haqqında təlim”in Çinin fəlsəfi və dini təlimlərinin, elmin, ədəbiyyatın və incəsənətin inkişafına təsirini qeyd edib.

 

Seminarda ADU-nun çinşünas tələbələri numeroloji elementlərin növləri və çeşidləri - simvol və rəqəmlər, tsiklik işarələr, “Yer budaqları” və “Səma gövdələri” heroqlif qrupları haqqında danışıblar.

 

Tələbələr, həmçinin Çin numerologiyasının görünüşü haqqında əfsanələr və qədim traktatlar, Çin rəqəmlərinin xüsusi enerjisi, onların mənası və ulduz düzülüşü haqqında məlumat veriblər.

 

Seminar çərçivəsində insanın şəxsiyyətinin və onun taleyinin təhlilinin tərtib edilməsi, habelə Fenq Şui üzrə otağın harmoniyasının müəyyən edilməsi üçün astroloji “Lo Şu Kvadratı” ndan istifadəyə dair ustad dərsi keçirilib.

 



16.11.2021 | 16:12