Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib | |
Noyabrın 14-də II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
Təhsil İnstitutunun təşkilatçılığı ilə 106 mərkəzdə keçirilən müsabiqənin nəticələri noyabrın 21-dək ttm.edu.az saytında yerləşdiriləcək. Müsabiqədə iştirak üçün 14 minə yaxın şagird qeydiyyatdan keçib.
Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.
|
|
15.11.2021 | 14:45 | |
|
|
|