“Xarıbülbül” adlı intellektual oyun keçirilib | |
Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Pedaqoji Universitetdə Vətən müharibəsində qazanılan qələbənin birinci ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.
Yarışın rəsmi açılış mərasimində iştirak edən Səbail rayonu Gİİ-nin əməkdaşı Xasay Vəliyev belə bir mövzuda baş tutan ənənəvi intellektual oyunun vacibliyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
Yarışda iştirak edən 16 komandadan yekun göstəricilərə əsasən, ən yaxşı nəticəyə malik olan 3 komanda mükafatlandırılıb. Yarışın qalibi 13 xalla ADPU-nun Quba filialını təmsil edən “Assasins Creed” komandası, 2-ci yerin sahibi 12 xalla Ağcabədi filialını təmsil edən “Harop” komandası, 3-cü yerin sahibi isə Şəki filialını təmsil edən “Volves” komandası olub.
Tədbirin sonunda bildirilib ki, bu tip oyunlar davamlı şəkildə təşkil olunacaq.
|
|
15.11.2021 | 13:13 | |
|
|
|